Luiz Enrike: “Dembelenin vəziyəti yaxşıdır”

“Paris Sen Jermen”in baş məşqçisi Luiz Enrike fransalı futbolçu Ousman Dembelenin zədəsi haqqında danışıb.

Sportline.az insayder Fabritsio Romanonun paylaşımına istinadən xəbər verir ki, Dembele sabah keçiriləcək “Arsenal”la matçda iştirak edə biləcək.

“Dembelenin vəziyəti yaxşıdır. O bizimlə bir neçə gündür məşq edir. Sabah meydana çıxa biləcək” - deyğ Luiz Enrike bildirib.

Qeyd edək ki, “Paris Sen-Jermen” - “Arsenal” matçı sabah Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Bu cütün ilk oyununda PSJ rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.