Luiz Enrike: “Paris Sen-Jermen”də xoşbəxtəm”
PSJ-nin ispaniyalı baş məşqçisi Luiz Enrike klubda qalacağını açıqlayıb.
Sportline.az xəbər verir ki, təcrübəli mütəxəsis jurnalistlərə müsahibə verərkən bu fikirləri səsləndirib;
“Paris Sen-Jermen”də xoşbəxtəm. Burada uzun müddət işləmək istəyirəm. Yeni müqavilə barədə danışıqlar davam edir. Hədəfimiz bu mövsüm uğurlu çıxış etməkdir”, - deyə Luiz Enrike bildirib.
Qeyd edək ki, Luiz Enrike 2023-cü ilin yayından PSJ-ni çalışdırır.