Lukaku "Mançester Yunayted"də
Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Mançester Yunayted" heyətini gücləndirib. SportLine.az "Daily Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Romelu Lukakunun keçidini həll edib.
24 yaşlı hücumçunun transferi üçün "Everton"a 75 milyon funt-sterlinq ödənəcək.
Qeyd edək ki, belçikalı futbolçu 2014-cü ildən Liverpul təmsilçisinin şərəfini qoruyurdu.