Lukaku zirvəni ələ keçirdi
"Everton"dan "Mançester Yunayted"ə keçən Romelu Lukaku Premyer Liqada ən bahalı futbolçu kimi tarixə düşüb. SportLine.az xəbər verir ki, 75 milyon funt-sterlinqə iş yerini dəyişən 24 yaşlı hücumçu Rahim Sterlinqi qabaqlamaqla zirvəni ələ keçirib.
1. Romelu Lukaku, 75 milyon funt
2. Rahim Sterlinq, 53 milyon
3. Fernando Torres, 49 milyon
4. Con Stouns, 47 milyon
5. Kristian Benteke, 39 milyon
6. Rio Ferdinand, 39 milyon
7. Xuan Mata, 38 milyon
8. Sadio Mane, 35 milyon
9. Endi Kerroll, 34 milyon
10. Dimitar Berbatov, 32 milyon