Lukman "Arsenal"a keçə bilər
"Atalanata"nın nigeryalı futbolçusu Ademula Lukman mövsümün sonunda klubdan ayrılacaq.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Arsenal" Lukanı transfer siyahısına əlavə edib.
27 yaşlı futbolçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 28 oyunda 15 qol və 7 asistlə yadda qalıb.
Qeyd edək ki, Lukmanın "Atalanta" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.