Lukman İngiltərə nəhənginə transfer ola bilər

"Liverpul" klubu yay transfer dönəmində İtaliya təmsilçisi "Atalanta"da çıxış edən Ademoli Lukmanı heyətinə qatmaq istəyir.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd klubu Lukman üçün "Atalanta"ya 60 milyon avro ödəməyə hazırdır.

27 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 29 oyunda 17 qol və 7 asistlə yadda qalıb.

Qeyd edək ki, Lukmanın "Atalanta" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədərdir.