Lukmanın transfer qiyməti bəlli olub

"Atalanta"nın nigeryalı futbolçusu Ademula Lukman klubdan ayrılmağa yaxındır.

Sportline.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, Berqamo klubu Lukman üçün 50 milyon avro tələb edir.

27 yaşlı futbolçunun "Atalanta" ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Qeyd edək ki, Lukman bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 18 qol və 7 asistlə yadda qalıb.