"Lion" - "Beşiktaş" matçının hakimləri bilindi

UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyunlar keçiriləcək.  . 

Sportline.az xəbər verir ki, maraqlı görüşlərdən biri Fransada gözlənilir.

Söhbət "Lion" - "Beşiktaş" oyunundan gedir.

Oktyabrın 24-ü baş tutacaq görüşün hakim təyinatı açıqlanıb.

Qarşılaşmanı almaniyalı Harm Osmers idarə edəcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.