Madrid derbisində qalib müəyyənləşmədi
İspaniya La Liqasının 31-ci turu Madrid derbisi ilə yadda qalıb. SportLine.az xəbər verir ki, "Real" və "Atletiko" komandalarının dueli, gözlənildiyi kimi, gərgin mübarizə ilə yadda qalıb. İkinci hissənin əvvəllərində meydan sahiləri hesabı açsa da, son dəqiqələrdə qələbəni əldən veriblər.
08 aprel 2017
La Liqa, 31-ci tur
"Real" (Madrid) - "Atletiko" (Madrid) - 1:1
QOLLAR: Pepe, 52 (1:0); Qrizmann, 85 (1:1)