Madrid "Real"ı Dünya çempionatında bu heyətlə çıxış edəcək

Klublararası Dünya çempionatında iştirak edəcək Madrid "Real"ının heyəti müəyyənləşib. SportLine.az xəbər verir ki, baş məşqçi Zinəddin Zidan Mundialda bu futbolçulara güvənəcək:

Qapıçılar: Keylor Navas, Kiko Kasilya, Ruben Yanes

Müdafiəçilər: Daniel Karvaxal, Pepe, Rafael Varan, Naço Fernandes, Serxio Ramos, Danilo, Fabio Koentrau, Marselo

Yarımmüdafiəçilər: Toni Kroos, Xames Rodriqes, Kazemiro, Mateo Kovaçiç, Lukas Vaskes, Luka Modriç, Marko Asensio, İsko

Hücumçular: Kərim Benzema, Kriştiano Ronaldo, Mariano Dias, Alvaro Morata

Qeyd edək ki, klublararası dünya çempionatı 8-18 dekabr tarixlərində Yaponiyada keçiriləcək.