Mahir Emreli “Nürnberq” forması ilə qollarını sıralamaqdadır
Millimiz üzvü Mahir Emreli “Nürnberq” forması ilə bu mövsüm 4-cü qoluna imza atıb.
Sportline.az xəbər verir ki, Bundesliqa 2-də 11-ci həftənin matçları davam edir. Mahir Emrelinin çıxış etdiyi “Nürberq” komandası bu dəqiqələrdə səfərdə “Hamburq” ilə qarşılaşır.
Mahir Emreli matçın 63-cü dəqiqəsində fərqlənməklə hesaba tarazlıq gətirib. 1:1
27 yaşlı təcrübəli futbolçumuz görüşün 68-ci dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, Mahir Emreli bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 8 matçda 4 qolla yadda qalıb.