Mahir Emreli "Şalke" ilə oyunda bununla fərqləndi
Mahir Emreli "Kayzerslautern"in heyətində Almaniyanın 2-ci Bundesliqasında növbəti oyununa çıxıb.
Sportline.az xəbər verir ki, meydan sahibləri "Şalke" üzərində 1:0 hesabı ilə qalib gəlib.
Qələbə qolunun müəllifi Marlon Ritter olub. O, 55-ci dəqiqədə penaltidən fərqlənib.
Start heyətində yer alan və 72-ci dəqiqəyədək meydanda olan Mahir 52-ci dəqiqədə sarı vərəqə alıb.
Qeyd edək ki, mövsümdə ilk qələbəsini qazanan “Kayzerslautern”in aktivində 3 xalı var.