Mahrez "Arsenal"da
Növbəti mövsümə hazırlıqlarını davam etdirən "Arsenal" heyətini gücləndirib. SportLine.az "Calciomercato"ya istinadən xəbər verir ki, "topçular" "Lester"in futbolçusu Riyad Mahrezin transferini həll edib.
26 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə ictimaiyyətə təqdim olunacağı gözlənilir. Onun hansı məbləğ müqabilində transfer edildiyi barədə məlumat verilmir.
Qeyd edək ki, R.Mahrez 2014-cü ildən "tülkülər"in uğurları üçün çalışır.