Mak Allisterin yolu Madriddən keçəcək

"Liverpul"un yarımmüdafiəçisi Aleksis Mak Allister yayda "Real Madrid"ə keçə bilər.

Sportline.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Mersisayd təmsilçisi argentinalı futbolçunu satmaq istəmir.

27 yaşlı oyunçunun dəyəri 80 milyon avrodur.

Qeyd edək ki, Mak Allister cari mövsüm meydana çıxdığı 42 matçda 5 qol, 4 asistlə yadda qalıb.