Maksim Medvedyevin durumuna aydınlıq gətirildi

"Qarabağ"ın kapitanı Maksim Medvedevin cəzası açıqlanıb.

Sportline.az xəbər verir ki, bu haqda klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi bildirib ki, artıq bununla bağlı UEFA-dan məktub gəlib: "UEFA Maksim Medvedevə bir oyunluq cəza verib. Kapitanımız "Aşdod"la səfər matçını buraxdığından AEL-lə oyunlarda meydana çıxa biləcək".

Qeyd edək ki, Maksim Medvedev Konfrans Liqasının II təsnifat mərhələsinin "Aşdod"la (İsrail) Bakıdakı oyunun (0:0) 83-cü dəqiqəsində qırmızı vərəqə almışdı. "Qarabağ" AEL-lə (Cənubi Kipr) ilk oyunu avqustun 5-də səfərdə, cavab matçını ayın 12-si Bakıda keçirəcək. (fanat.az)