Maktominey evinə qayıdır
"Mançester Yunayted" sabiq yarımmüdafiəçisi Skot Maktomineyi heyətinə qatmaq niyyətindədir.
Sportline.az xəbər verir ki, bu haqda "Tutto Mercato" nəşri məlumat yayıb.
29 yaşlı futbolçu cari mövsüm meydana çıxdığı 34 matçda 10 qol, 4 asistlə yadda qalıb.
Qeyd edək ki, S.Maktominey hazırda "Napoli"də forma geyinir.