“Mançester Siti” “Barselona”dan 250 milyon avro tələb edir

"Barselona" "Mançester Siti"nin norveçli futbolçusu Erlinq Haalandı transfer etmək üçün hərəkətə keçib.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu 25 yaşlı forvard üçün ən azı 250 milyon avro tələb edir.

Haalandın "Mançester Siti" ilə sözləşməsi 2034-cü ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Norveç millisinin üzvü bu mövsüm meydana çıxdığı 11 matçda 12 qol 2 asistlə yadda qalıb.