"Mançester Siti" brazilyalı futbolçusunu satmaq istəmir

"Tottenhem" "Mançester Siti"nin brazilyalı futbolçusu Savinyonu transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, bu haqda jurnalist Cek Pitt Brok məlumat yayıb.

Lakin "şəhərlilər" futbolçusunu satmaq niyyətində deyil.

Qeyd edək ki, Savinyo ötən mövsümü 48 matçda 3 qol 11 asistlə yadda qalıb.