"Mançester Siti" bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır
"Mançester Siti" ispaniyalı futbolçusu Rodri üçün alternativ tapıb.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Real Sosyedad"ın 25 yaşlı futbolçusu Martin Zubimendi yanvar ayında "Mançester Siti"yə transfer ola bilər.
İngiltərə klubunun rəhbərliyi bu keçid üçün "Real Sosyedad"a 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, M.Zubimendinin İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 21 matçda 1 qol və 2 asistlə yadda qalıb.