"Mançester Siti" bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır
"Aston Villa"nın ingiltərəli futbolçusu Ceykob Remzi mövsümün sonunda klubdan ayrıla bilər.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, "Mançester Siti" Remzi üçün "Aston Villa"ya 50 milyon avro ödəməyə hazırdır.
Birmingem klubunun rəhbərliyi bu təklifi dəyərləndirəcək.
Qeyd edək ki, Ceykob Remzi bu mövsmü çıxış etdiyi 33 matçda 3 qol və 5 asistlə yadda qalıb.
Onun "Aston Villa" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.