"Mançester Siti" bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır

"Nyukasl"ın sağ cinah müdafiəçisi Tino Livramento karyerasını "Mançester Siti"də davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

"Şəhərlilər" bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, T.Livramento bu mövsüm meydana çıxdığı 19 matçda 1 asistlə yadda qalıb.