“Mançester Siti” futbolçusunu “Real”a satmayacaq
"Mançester Siti" ispaniyalı futbolçusu Rodrini "Real Madrid"ə satmaq niyyətində deyil.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
İngiltərə klubu 29 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcək.
Qeyd edək ki, Rodrinin "Mançester Siti" ilə hazır ki sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.