"Mançester Siti" italiyalı qapıçının meneceri ilə danışıqlara başlayıb
"Paris Sen-Jermen"dən ayrılacağı dəqiqləşən italiyalı qapıçı Canluici Donnaruma karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti" təcrübəli kiperin meneceri ilə danışıqlara başlayıb.
26 yaşlı futbolçunun transfer qiyməti 40 milyon avrodur.
Qeyd edək ki, Donnaruma "Mançester Siti"yə keçməyə razılıq verib.