"Mançester Siti" Liqa Kubokunun sahibi oldu

“Mançester Siti” Liqa Kubokunun qalibi oldu – “Arsenal”in 33 illik həsrəti davam edir.

Sportline.az xəbər verir ki, İngiltərə Liqa Kubokunun final oyununda “Arsenal” ilə “Mançester Siti” üz-üzə gəlib.

Gərgin keçən qarşılaşmada Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” rəqibini 2:0 hesabı ilə məğlub edərək turnirin qalibi olub. Bu nəticə ilə Mançester təmsilçisi Liqa Kubokunu tarixində 5-ci dəfə muzeyinə aparıb.

Digər tərəfdən, “Arsenal” üçün isə bu turnirdə uğursuz seriya davam edib. London klubu Liqa Kubokunu qazanmaq üçün 33 illik həsrətinə son qoya bilməyib.