"Mançester Siti" "Milan"a 60 milyon avro təklif edib
"Milan"ın niderlandlı futbolçusu Ticcani Reynders "Mançester Siti"nin transfer hədəfinə çevrilib.
Sportline.az "Calcio Mercato"ya istinadən xəbər verir ki, "Mançester Siti" Reynders üçün İtaliya klubuna 60 milyon avro təklif edib.
26 yaşlı yarımmüdafiəçinin "Milan"la müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Reynders bu mövsüm çıxış etdiyi 46 matçda 14 qol və 4 məhsuldar ötürmə müəllifi olub.