"Mançester Siti" "Nottingem"ə qarşı
İngiltərə Premyer Liqasında bu gün 28-ci tura start veriləcək.
Sportline.az xəbər verir ki, son çempion "Mançester Siti" səfərdə "Nottingem Forest"lə qarşılaşacaq.
"Mançester Siti"nin heyətində itkilərin sayı kifayət qədərdir. Con Stounz, Manuel Akanji, Natan Ake, Rodri və Oskar Bobb zədə səbəbindən oyunda iştirak edə bilməyəcək.
"Nottingem Forest"də isə yeganə itki Karlos Migelin adı ilə bağlıdır. Görüşün ədalət təmsilçisi Kris Kavana olacaq.
Qeyd edək ki, "Nottingem Forest" - "Mançester Siti" matçı bu gün saat 16:30-da başlanacaq.