"Mançester Siti" PSJ-nin futbolçusunu transfer etmək istəyir

"Mançester Siti" PSJ-nin portuqaliyalı yarımmüdafiəçisi Joao Nevesi heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb. 

21 yaşlı futbolçunun transfer qiyməti 80 milyon avrodur.

Qeyd edək ki, J.Nevesin PSJ ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.