“Mançester Siti” PSJ-yə 120 milyon avro ödəməyə hazırdır

"Mançester Siti" "Paris Sen-Jermen"in portuqaliyalı yarımmüdafiəçisi Joao Nevesi transfer etməkdə israrlıdır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu 21 yaşlı oyunçuya görə 120 milyon avro ödəməyə hazırdır.

J.Neves bu mövsüm meydana çıxdığı 11 matçda 5 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, sözü gedən oyunçunun PSJ ilə sözləşməsi 2029-cu ilin yayına qədərdir.