"Mançester Siti" qapıçısını sata bilər
"Mançester Siti" qapıçısı Ceyms Traffordu satmaq qərarına gəlib.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, 23 yaşlı kiper daha çox oynaya biləcəyi komandaya keçmək niyyətindədir.
İngiltərə millisinin oyunçusu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 10 oyunda qapısında 9 top görüb.
Qeyd edək ki, C.Traffordun dəyəri "Transfermarkt" portalına görə, 25 milyon avrodur.