"Mançester Siti" Qrilişin transfer qiymətini açıqlayıb

"Mançester Siti" ingiltərəli hücumçusu Cek Qrilişin transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, "şəhərlilər" 30 yaşlı futbolçu üçün 50 milyon avro tələb edir.

Bu haqda "Football İnsider" nəşri məlumat yayıb.

Qeyd edək ki, C.Qriliş hazırda "Everton"da icarə əsasında çıxış edir.

O, cari mövsüm meydana çıxdığı 18 matçda 2 qol, 4 asistlə yadda qalıb.