“Mançester Siti” “Real Madrid”lə danışıqlara başlayıb

"Mançester Siti" brazilyalı ulduz futbolçu Rodriqo üçün "Real Madrid"lə danışıqlara başlayıb.

Sportline.az jurnalist Florian Plettenbergin məlumatına istinadən xəbər verir ki, İngiltərə klubu 24 yaşlı sağ cinah vingerini transfer etməkdə israrlıdır.

"Şəhərlilər" bu keçid üçün qarşı tərəfə 100 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Rodriqo bu təklifə cavab verməyib.