"Mançester Siti" Rodriqo transferində israrlıdır

"Mançester Siti" "Real Madrid"in brazilyalı futbolçusu Rodriqonu transfer etməkdə israrlıdır.

Sportline.az xəbər verir ki, İngiltərə klubu gələn ilin yayında "Real"a rəsmi təklif göndərəcək.

Bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Rodriqo "Mançester Siti"yə keçməyə razılıq verib.

Qeyd edək ki, Brazilya millisinin üzvü bu mövsüm meydana çıxdığı 10 matçda 3 asistlə yadda qalıb.