"Mançester Siti" və "Arsenal" transfer yarışına girib

"Barselona"nın ispaniyalı futbolçusu Dani Olmo yanvar ayında klubdan ayrılacaq.

Sportline.az "The Sun Football"a istinadən xəbər verir ki, "Mançester Siti" və "Arsenal" klubları Olmonun xidmətində maraqlıdır.

İspaniya klubu hazır da maliyyə problemləri ilə üz-üzə qalıb. Bu səbəbdən Olmonun vizasını dekabr ayının 31-ə qədər çıxarda bilməsə, 26 yaşlı futbolçu ilə yollarını ayıracaq.

Olmonun hazır ki dəyəri "Transfermarkt" portalına görə 60 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, təcrübəli futbolçu bu mövsüm çıxış etdiyi 12 matçda 6 qol vurub.