"Mançester Siti" Virts üçün hərəkətə keçib

"Mançester Siti" "Bayer"in almaniyalı futbolçusu Florian Virtsi transfer etmək istəyir.

Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Virts üçün "Bayer"ə 140 milyon avro ödəməyə hazırdır.

21 yaşlı futbolçunun Almaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, Virts bu mövsüm çıxış etdiyi 34 matçda 15 qol və 12 asistlə yadda qalıb.