"Mançester Siti"də ayrılıq
"Mançester Siti"nin brazilyalı futbolçusu Savinyo yayda klubdan ayrılma ehtimalı yüksəkdir.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
21 yaşlı sol cinah vingeri ilə "Tottenhem" yaxından maraqlanır.
Qeyd edək ki, Savinyo bu mövsüm meydana çıxdığı 27 matçda 3 qol, 3 asistlə yadda qalıb.