“Mançester Siti”də ayrılıq gözlənilir

"Mançester Siti”nin futbolçusu Bernardo Silva karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, futbolçu mövsümün sonunda "Əl-Hilal"a transfer olmaq istəyir.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

"Əl-Əhli” və “Əl-Qədisiyə” klubları da Bernardo Silvayanın xidmətində maraqlıdır. Ərəb klublarının futbolçuya 4 illik müqavilə təklif edə biləcəyi iddia edilir.

Qeyd edək ki, Bernardo Silvanın “Mançester Siti” ilə müqaviləsi 2026-cı ildə yekunlaşır.