"Mançester Siti"də ayrılıq gözlənilir

"Mançester Siti"nin brazilyalı futbolçusu Savinyo yanvar ayında klubdan ayrıla bilər.

Sportline.az xəbər verir ki, 21 yaşlı oyunçu daha çox oynaya biləcəyi komandaya keçmək istəyir.

"Defensa Central" nəşrinin yaydığı məlumata görə, "Real Madrid" 21 yaşlı sol cinah vingerinin xidmətində maraqlıdır.

Qeyd edək ki, Savinyo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 22 matçda 2 qol, 4 asistlə yadda qalıb.