"Mançester Siti"də itki yaşanıb

“Mançester Siti”nin müdafiəçisi Natan Ake zədələnib.  

Sportline.az xəbər verir ki, niderlandlı futbolçu qarşıdakı 10-11 həftə ərzində komandasında çıxış edə bilməyəcək. Bu barədə “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola məlumat verib.  

30 yaşlı müdafiəçi İngiltərə Kubokunun 1/8 final mərhələsində “Plimut”la keçirilən oyunda (3:1) zədə alıb.  

Ake cari mövsümdə “Mançester Siti”nin heyətində bütün turnirlər daxil olmaqla 18 matçda iştirak edib.  

Qeyd edək ki, bundan əvvəl komandanın digər müdafiəçiləri – Con Stounz və Manuel Akanji də zədələnmişdi.