"Mançester Siti"dən "Çelsi"yə keçə bilər
"Mançester Siti"nin stopperi Natan Ake karyerasını "Çelsi"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "zadəganlar" yayda niderlandlı futbolçunu heyətinə qatmaq niyyətindədir.
Bu haqda "Sun Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, N.Ake "şəhərlilər"lə sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.