“Mançester Siti”dən PSJ-yə doğru
İngiltərə millisinin futbolçusu Con Stounz karyerasını Fransada davam etdirməyə yaxınlaşır.
Sportline.az xəbər verir ki, 31 yaşlı müdafiəçi PSJ-nin transfer hədəfləri arasında yer alır.
Bu haqda "Team Talk" nəşri məlumat yayıb.
Fransa təmsilçisi artıq Stounzun meneceri ilə danışıqlara başlamağa hazırlaşır.
2016-cı ildən “Mançester Siti”də çıxış edən futbolçunun müqaviləsi cari mövsümün sonunda başa çatacaq.