"Mançester Siti"dən Teo həmləsi
"Mançester Siti" "Milan"ın fransalı futbolçusu Teo Hernandezi transfer siyahısına əlavə edib.
Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, İngiltərə klubu mövsümün sonunda T.Hernandez üçün "Milan"a rəsmi təklif göndərəcək.
27 yaşlı futbolçunu dəyəri "Transfermarkt" portalına görə 50 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Teo Hernandez bu mövsüm çıxış etdiyi 35 oyunda 4 qol və 5 asistlə yadda qalıb.