“Mançester Siti”nin gənc futbolçusu “Kristal Pelas”ın maraq dairəsindədir
“Mançester Siti”nin 22 yaşlı oyunçusu Oskar Bobb yanvar ayında “Kristal Pelas”a keçə bilər.
Sportline.az xəbər verir ki, London klubu sağ cinah vingeri üçün “Mançester Siti” ilə danışıqlara başlayıb.
Norveç millisinin üzvü bu keçidə müsbət yanaşır.
O.Bob daha çox oynaya biləcəyi komandaya keçməyi hədəfləyir.
Qeyd edək ki, sözügedən futbolçu bu mövsüm 17 rəsmi matçda iştirak edib. Akitvində 1 qol, 1 məhsuldar ötürmə var.