"Mançester Siti"nin gözü Edersonun üzərindədir

"Atalanta"nın brazilyalı futbolçusu Ederson karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportline.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Edersonun transferini rəhbərliktən tələb edib.

25 yaşlı futbolçu cari mövsüm çıxış etdiyi 33 matçda 3 qol və 2 asistlə yadda qalıb.

Qeyd edək ki, Edersonun "Atalanta" ilə müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.