"Mançester Siti"nin ingiltərəli futbolçusu yayda ayrılacaq

"Mançester Siti"nin futbolçusu Riko Luyis yayda klubdan ayrılacaq.

Sportline.az xəbər verir ki, "şəhərlilər" sözügedən oyunçunu satmaq istəyir.

"Team Talk"un yaydığı məlumata görə, "Sanderlend" və "Nyukasl" 21 yaşlı sağ cinah müdafiəçisini transfer etməyə səy göstərir.

Qeyd edək ki, R.Luyis bu mövsüm meydana çıxdığı 21 matçda 2 qol, 3 asistlə yadda qalıb.