"Mançester Siti"nin yeni hədəfi
"Mançester Siti"nin yeni transfer hədəfi bəlli olub.
Sportline.az "Sunday Express" nəşrinə istinadən xəbər verir ki, "Brayton"un kamerunlu futbolçusu Karlos Baleba "Mançester Siti"nin transfer hədəfinə çevrilib.
21 yaşlı oyunçunun dəyəri 40 milyon avrodur.
Qeyd edək ki, Baleba bu mövsüm 8 rəsmi matçda iştirak edib. Məhsuldarlıq göstəricisi yoxdur.