"Mançester Yunayted" 20 yaşlı futbolçu ilə maraqlanır
"Mançester Yunayted" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "Give Me Sport"a istinadən xəbər verir ki, "Porto"nun ispaniyalı futbolçusu Samu Aqhehova "Mançester Yunayted"in transfer hədəfinə çevrilib.
Aqhehovanın sərbəst qalma məbləği 84 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, 20 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 33 matçda 20 qol və 3 asistlə yadda qalıb.