"Mançester Yunayted" 3 futbolçusu ilə yollarını ayıracaq

"Mançester Yunayted" yayda 3 futbolçusu ilə yollarını ayıracaq.

Sportline.az "Man United News" nəşrinə istinadən xəbər verir ki, Markus Reşford, Ceydon Sanço və Antoni Santos satılacaq futbolçuların siyahısında yer alıb.

İngiltərə klubu bu futbolçuların xidmətində maraqlı deyil. 

Qeyd edək ki, M.Reşford hazırda "Aston Villa"da, C.Sanço "Çelsi"də, Antoni isə "Real Betis"də icarə əsasında çıxış edir.