"Mançester Yunayted" 5 futbolçusu ilə yollarını ayıracaq

Ceydon Sanço, Markus Reşford, Alexandro Qarnaço, Entoni və Tayrell Malasiya “Mançester Yunayted”in əsas komandasından ayrı şəkildə məşqləri davam etdirirlər.

Sportline.az xəbər verir ki, bu barədə "Manchester Evening News" məlumat yayıb. 

 Adıçəkilən beş futbolçu yay transfer dönəmində klubdan ayrılmaq istədiklərini rəhbərliyə bildiriblər.

“Mançester Yunayted” onlara gələcək planlarını dəqiqləşdirmək üçün əlavə istirahət vaxtı versə də, futbolçular bu həftənin ortasında Karinqtona qayıdıblar.