"Mançester Yunayted" - "Atletik Bilbao": Oyunqabağı son durum
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, turnirin əsas favoriti “Mançester Yunayted” yarımfinalın cavab matçında “Old Trafford”da “Atletik Bilbao” ilə qarşılaşacaq.
“San Mames”də keçirilən ilk oyunda “qırmızı şeytanlar” rəqibini 3 cavabsız qolla məğlub etmişdi.
Heyətlərə nəzər saldıqda, “Mançester Yunayted”də Ayden Heyven, Dioqo Dalot, Lisandro Martinez, Matyas De Lixt və Coşua Zirkzenin yoxluğu diqqət çəkir. Bu futbolçular zədə səbəbindən komandasına kömək edə bilməyəcəklər.
“Atletik”də isə Oyan Sanset, İniyaki Uilyams, Niko Uilyams zədə, Daniel Viviyan isə cəza üzündən oyunu buraxmalı olacaq.
Start fiti 23:00-da səslənəcək matçı almaniyalı Daniel Zibert idarə edəcək.