"Mançester Yunayted" "Barselona"nın futbolçusu istəyir

"Barselona"nın futbolçusu Ferran Torres "Mançester Yunayted"in hədəfinədir.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "mankunyanlar" 26 yaşlı oyunçunu heyətinə qatmaqda israrlıdır.

F.Torresin dəyəri 50 milyon avrodur.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm meydana çıxdığı 40 oyunda 16 qol, 1 asistlə yadda qalıb.